Klub haqqında

 “Xəzər” Yelkənli Qayıqlar İdman Klubu “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC sədr Rauf Vəliyevin qərarı ilə 16 may 2014-cü il Əmr № 77 əsasən klub yaradılmışdır.

   Sağlamlığın qorunması, bədən tərbiyəsi, kütləvi idmanın inkişafı, fiziki inkişafının təmin edilməsi, ehtiyat idman qüvvələrinin və yüksək dərəcəli idmançıların hazırlanması, eləcə də yelkənli qayıqlar idman növünün ölkədə geniş təbliği baxımından klub yaradılmışdır.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin  nəznində yaradılmış “Xəzər” Yelkənli Qayıqlar İdman Klubu Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, məhəllə 108 ünvanında və Yaxt Klubun ərazisində, Dənizkənarı Milli Parkın mərkəzində yerləşir.

 Daxili nömrə: +994 12 404 37 00 (3016)