Məşqçi heyəti

Klub üzvləri:

Klubun direktoru – Tatyana Srebnaya



1966-cı il dekabrın 22-də Bakıda anadan olub. 1974-1984-cü illərdə 257 saylı orta məktəbdə təhsil alıb. 1985-1989-cu illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunu “İdman növləri üzrə məşqçi müəllim” ixtisası üzrə bitirib. 1988-1992-ci illərdə 46 saylı klubda məşqçi-müəllim, 1999-2001-ci illərdə Xətai rayonu 191 saylı orta məktəbdə bədən tərbiyəsi müəllimi işləyib. 1999-cu ildən Azərbaycan Dövlət Dəniz Akademiyasında assistent kimi fəaliyyət göstərib. 2004-cü ildə həmin təhsil ocağında baş müəllim və kafedra müdiri əvəzi vəzifəsinə keçirilib. 2018-ci ildən klubun direktorudur.

İdman sahəsində əldə etdiyi nailiyyətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 23 iyun tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.



Yelkənli qayıq üzrə təlimatçı-metodist – Mixail Protasov



1988-ci il iyulun 13-də Bakı şəhərində doğulub. 1994-2005-ci illərdə 20 saylı orta məktəbdə təhsil alıb. 2006-2008-ci illərdə hərbi xidmətdə olub. 2000-ci ildən “Xəzər” yelkənli qayıqlar idman klubuna üzv olub. 2014-cü ildə Moskva şəhərində keçirilmiş yarışda 4-cü yeri tutub.

2013-cü ildən klubda yelkənli qayıq üzrə təlimatçı-metodist vəzifəsində çalışır. 



Üzgüçülük üzrə məşqçi – Janna Məmmədova



1967-ci il aprelin 10-da Bakı şəhərində anadan olub. 1984-cü ildə Xüsusi İdman Təmayüllü Məktəbdə təhsil alıb. 1984-1988-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunu məşqçi-müəllim ixtisası üzrə bitirib. 1995-ci ildə Yasamal rayonu 167 saylı tam orta məktəbdə bədən tərbiyəsi müəllimi işləyib.

1998-2002-ci illərdə Baydarka və Kanoe bölməsində avarçəkmə üzrə məşqçi-müəllim vəzifəsində çalışıb.
2015-ci il aprelin 20-dən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin İstehsalat Xidmətləri İdarəsi, Yelkənli Qayıqlar İdman Kompleksinin “Xəzər” Yelkənli Qayıqlar İdman Klubunda təlimatçı-metodist işləyir.

Janna Məmmədova idman sahəsində bir çox uğurlara imza atıb və çempionluq zirvəsinədək yüksəlib.